Səslərin sayılmasının ilkin nəticələri məlumdur.
Yunanıstanda keçirilən referendumda seçicilərin 59,7%-i kreditorların tələblərinə “yox”, 40,3%-i isə “hə”deyib.
Oxu.Az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Yunanıstanın Daxili İşlər Nazirliyi məlumat verib.
Nəticələr 541,5 min bülletenin və ya 7,56% səsin hesablanmasından sonra əldə olunub.
Gözlənilir ki, bülletenlər hesablandıqca fərq azalacaq.
Xatırladaq ki, Yunanıstan hökuməti vətəndaşlara bu ilin mayın 25-də Avropa Komissiyası, Avropa Mərkəzi Bankı və BVF-nin təqdim etdiyi saziş layihəsinin qəbul edilməsinə “yox” və ya “hə” cavabı verməyi təklif etmişdi.