9 C
Baku
Sunday, November 17, 2024

Yusif Ələkbərov ən varlı varis tituluna sahib olub

“Forbes” jurnalı Rusiya biznesmenlərinin ən zəngin varislərinin siyahısını açıqlayıb.

Banker.az xəbər verir ki, “Forbes” nəşrinin məlumatına görə, “Lukoyl” kompaniyasının keçmiş rəhbəri Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov ən varlı varis tituluna sahib olub. Onun varidatı 21,4 milyard dollar həcmində qiymətləndirilir.

Siyahıda ikinci sırada “Yevroxim” və “SUEK” kompaniyalarının təsisçisi Andrey Melniçenkonun oğlu və qızı (hər biri 11,35 milyard dollardan çox), üçüncü yerdə “Sibura” və “Novatek” kompaniyalarının ortağı Leonid Mixelsonun varisləri (hər biri 11,35 milyard dollar) qərarlaşıb.

Bundan əlavə, Novolipetsk metallurgiya kombinatının direktorlar şurasının sədri Vladimir Lisinin oğulları və qızı dördüncü pillədə yer alıb. Onun hər varisinin payı 8,3 milyard dollardır.

Siyahıda ilk beşliyi “Telegram” platformasının qurucusu Pavel Durovun oğlu və qızı (hər biri 7,55 milyard dollar) tamamlayıb.

Qeyd edək ki, “Forbes” jurnalının siyahısına hər bir varisinin ən azı 2,6 milyard dollara sahib olduğu 20 ailə daxil edilib. Jurnalın məlumatına görə, 2022-ci il aprelin 29-da Rusiyada ümumi sərvəti 522 milyard dollara çatan 113 milyarder olub.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər