Məşhur yazıçı, tarixçi, professor Yuval Noah Harari 2-6 oktyabr tarixlərində Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinin fəxri qonağı olacaq.
Bu barədə “Azərkosmos”dan bildirilib.
Qeyd edək ki, professor tarixçi Y.Harari “Sapiens: Bəşəriyyətin qısa tarixi”, “Homo Deus: Sabahın qısa tarixi”, “21-ci əsr üçün 21 dərs” və Sapiens seriyasının “Bizi dayandırmaq olmaz” kimi populyar kitabların müəllifidir. Onun kitabları 65 dildə 45 milyon nüsxə ilə satılıb. 47 yaşlı filosof Y. Harari 2002-ci ildə Oksford Universitetində fəlsəfə doktoru dərəcəsini alıb və hazırda Yerusəlim Yəhudi Universitetinin tarix kafedrasında müəllimdir. Onun son mühazirələrinin diqqət mərkəzində süni intellektin sürətli inkişafı və onun cəmiyyət üçün potensial təsirləri, son tədqiqatları isə makro-tarixi: Tarix və biologiya arasında hansı əlaqə var? Tarix öyrənildikcə insanlar daha xoşbəxt oldularmı? 21-ci əsrdə elm və texnologiya hansı sualları gündəmə gətirir? suallar ətrafındadır.