25 C
Baku
Sunday, October 6, 2024

Yuxu…

Bir şərq hökmdarı heç də xoş təsir bağışlamayan yuxu görür. Hökmdar yuxuda bütün dişlərinin töküldüyünün şahidi olur. Böyük narahatlıq və həyəcan içində olan hökmdar öz münəccimini yanına çağıraraq gördüyü yuxunu ona danışır. Münəccim deyir:

—Hökmdarım, sizə kədərli bir xəbər verməliyəm. Bu yaxınlarda öz sevdiyin insanları bir-bir itirəcəksən.

Bu sözlər hökmdarın böyük qəzəbinə səbəb olur. O bədbəxt münəccimi zindana atdırır və hüzuruna digər bir münəccimin gətirilməsini əmr edir. Yeni gələn münəccim hökmdarın yuxusunu dinlədikdən sonra deyir:

— Sizə belə bir xəbər verməkdən çox şadam. Siz bütün sevdiyiniz insanlardan sonra dünyanızı dəyişəcəksiniz.

Hökmdar eşitdiklərindən çox xoşbəxt olur və münəccimi böyük mükafatlara qərq edir. Bu mənzərənin şahidi olan saray əyanları çox təəccüblənir və münəccimdən soruşurlar:

—Axı sən də hökmdara əvvəl ki münəccim kimi eyni xəbəri çatdırdın. Bəs onda nəyə görə o cəzalandırıldığı bir halda, sən mükafatlandırıldın?

Münəccim cavab verir:

—Biz hər ikimiz yuxunu eyni mənada yozduq. Lakin hər şey məlumatı yalnızca deməkdən yox, onu necə deməkdən asılıdır.
Gunel Ibrahimova

Son xəbərlər
Digər xəbərlər