1 C
Baku
Saturday, December 14, 2024

Yuxuda apnoe sindromunun izlənilməsi üçün cihaz təqdim edilib

Fransanın “Withings” elektronika istehsalçısı yuxuda apnoe sindromunun izlənilməsi üçün qurğu təqdim edib. Bu xəstəliyin simptomu insan yatanda onun tənəffüs hərəkətlərinin qısamüddətli dayanmasıdır. Şirkətin nümayəndəsi iddia edir ki, onların sensoru keyfiyyətinə görə xəstəxanalarda quraşdırılmış polisomnoqrafiyadan geri qalmır.

Bu haqda “EnGadget” yazır.

“Withings” şirkəti apnoe sindromunu izləmək üçün “Sleep Analyze” yuxunun təhlili sisteminin yeni versiyasına sensor əlavə edib. Qurğunun iş qabiliyyəti Fransa və Belçikanın xəstəxanalarında apnoe sindromundan əziyyət çəkən pasiyentlər üzərində keçirilmiş bir sıra kliniki sınaqlar çərçivəsində yoxlanılıb.

Sensorlar apnoe sindromundan başqa insanın nəfəsini, onun hərəkətini, ürək döyüntülərinin tezliyini və yuxu dövrlərini izləyəcək. Qurğunun əsas məqsədi insanın yuxusunu daha keyfiyyətli etməkdir, bunun üçün “Sleep Analyze” gecə vaxtı insanın vəziyyətinin təhlilindən sonra yuxunun sabitləşməsi üçün tövsiyələr verir.

©İctnews

Son xəbərlər
Digər xəbərlər