6 C
Baku
Sunday, December 15, 2024

Yuxunun yaddaşa təsiri

Nyu-York universitetinin nəzdində fəaliyyət göstərən Lenqon adına tibbi mərkəzin nevroloqlarının apardığı araşdırmaya görə hər hansı bir məlumatı ciddi-cəhdlə yadda saxlamağa çalışmaqdan öncə yatmaq lazımdır.

Bundan başqa, alimlər eksperiment zamanı sübut etmişlər ki, baş beyinin hüceyrələrinin fəallığı dərin yuxu və mürgüləmək zamanı daha artır və bundan sonra mənimsənilən informasiya daha yaxşı yadda qalır.

Siçanlar üzərində aparılan araşdırmanın nəticəsi, yuxunun biliyin toplanması və yaddaşı möhkəmlətməsi fikrini təsdiq etdi.

Araşdırmanın müəllifi, nevroloq və fizioloq Ven-Byao Qan bildirmişdir: “Artıq çoxdan məlumdur ki, yuxu öyrənmək və yadda saxlamaq prosesində mühüm rol oynayır. Bizim işimizin nəticəsi göstərdi ki, yuxu neyronlara dendritik budaqlarda xüsusi birləşmələr yaratmağa kömək edir ki, bu da uzun müddətli yaddaşın inkişafına kömək edir”.

Son xəbərlər
Digər xəbərlər