1 C
Baku
Saturday, December 14, 2024

Yuxusuzluq sizin şəxsi həyatınıza mənfi təsir göstərir

Yuxusuzluq sizin yaxınlarınızla olan gündəlik münasibətlərinizə təsir göstərir. Az yatan və yaxud qorxulu yuxular görən insan adətən deyingən olur, həyatından şikayətlənir və yaxınlarını onu qiymətləndirməməkdə, ona az diqqət ayırmaqlarında günahlandırmağa başlayır. 

Berkli Universitetindən olan tədqiqatçılar bu məsələni araşdırmağa çalışıblar. Alimlər müxtəlif yaşlarda olan 60 evli cütlüklüklərdən yuxu gündəliyi tutmağı xahiş ediblər. İştirakşılar hər gün nə qədər yaxşı yatdıqlarını və həyat yoldaşlarına qarşı nə hiss etdiklərini yazmalı idilər.

Bundan savayı ailədə mübahisəli məsələlərin həlli videoya yazılırdı. Pis yatan insanlar daha səbirsiz və əsəbi idilər.

Yuxusuzluğa səbəb olan bir neçə amil mövcuddur. Məsələn, xorultu, qonşu otaqdan gələn yüksək səslər. Bəzi insanlar isə gün ərzi 4 – 5 saat yatmaqları ilə və uzun müddət yuxusuz qalmaqları ilə fəxr edirlər.

Mütəxəssislər rahat yuxunun fiziki və psixoloji sağlamlıq üçün nə qədər vacib olduğunu xatırladırlar. Əgər siz özünüzü gümrah və fəal hiss etmək istəyirsinizsə, o zaman gün ərzi 5 saatdan 8 saata qədər yatmalısınız.

Bu gün ki gündə, Yer üzündə hər üç insan yuxusuzluqdan əziyyət çəkir. Planetin yalnız 40 % əhalisi normal yatır.

Son xəbərlər
Digər xəbərlər