Kimsə bəzi şeylərə diqqətimizi yönəltməsə biz heç o əşyaların fərqində belə olmarıq. Bu insanın psixologiyası ilə bağlıdır. Alman tədqiqatçılarının növbəti araşdırması sübut edir ki, insanlar bir əşyanı gündə yüz dəfə görsələr də yadda saxlamırlar.
Psixoloq Con M.Qroxolun bildirdiyinə görə, tədqiqatlar zamanı eyni şirkətdə işləyən 50-dən çox insandan ən yaxın məsafədə yerləşən yanğın söndürmə balonunun harada yerləşdiyini soruşmuşlar. Onların bir çoxunun artıq illərdir burada işləməsinə və hər gün parlaq qırmızı rəngli yanğın söndürmə balonlarının yanından keçmələrinə baxmayaraq, yalnızca 54 insandan 13-ü bu suala doğru cavab vermişdir.
Alimlər bildirmişlər: “Bizim bir əşyanı dəfələrlə görməyimiz, hələ o demək deyil ki, biz onu yadda saxlamışıq, yaxud onun fərqinə varmışıq. Biz sizdən bu dəqiqə hansısa banknotun şəklini çəkməyi tələb etsək, bunu dərəcədə edə biləcəksiniz? Biz hər gün çox şey görürük, lakin fikir vermirik”.
Tədqiqatçılar həmçinin bildirirlər ki, hər şeyə, xüsusəndə gündəlik həyatımızda bizə lazımsız şeylərə bütünlüklə fikir verməmək digər tərəfdən heç də pis deyil. Bununla beynimizi, yaddaşımızı bizə lazımsız məlumatlardan qoruyuruq. Lakin elə şeylər var ki, onlara fikir vermək mütləqdir, məsələn, elə yanğın söndürmə balonları. Təcili hallarda nə etmək lazım olduğunu bilmək lazımdır, bu informasiya isə sizin həyatınızı xilas edə bilər. Bu eynilə təyyarələrdə xilasedici jiletlərə də aiddir. Təhlükə anında sayılı saniyələr ərzində xilasedici jiletin harada yerləşdiyini xatırlaya bilərikmi?
İlk sorğudan sonra şirkətin əməkdaşlarından yenə ən yaxın məsafədə yerləşən yanğın söndürmə balonunun yerini soruşmuşlar. Bu dəfə hər kəs onun yerini bilirdi. Alimlər həmçinin qeyd edirlər ki, bu balonlar hətta ən parlaq qırmızı rəngdə olsalar da diqqətdən kənarda qala bilirlər və kimsə ona diqqəti yönəltməzsə və yaxud bir yanğın təhlükəsi zamanı istifadə olunmasa heç cür yadda qalmırlar.
Həyat üçün vacib belə əşyaların yerini bilmək gələcəkdə baş verə biləcək həyat üçün təhlükəli halların qarşısını almağa kömək edəcək.