23 C
Baku
Cümə axşamı, Sentyabr 23, 2021

Yüzlərlə Amerika bankı bitkoin saxlamağa və satmağa icazə verəcək

Screen Shot 2021 09 02 at 14.34.20

Yüzlərlə Amerika bankı müştərilərinə bitkoin saxlamağa, almağa və satmağa icazə verəcək. Bu, 2021-ci ildə kriptovalyutalarla məşğul olan “NYDIG” şirkətinin “Fidelity National Information Services” (FIS) ilə müqavilə bağladıqdan sonra baş verib.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

“NYDIG”in bank həlləri rəhbəri Patrik Sells bu addımın adi amerikalıların və eyni zamanda korporasiyaların ən böyük kriptovalyutaya çıxışını asanlaşdıracağını iddia edir: “Biz sadə vətəndaşların və şirkətlərin mövcud bank münasibətləri ilə bitkoin almasını asanlaşdıracaq bir şey yaradırıq”.

“Coinbase” kimi kriptovalyuta birjaları və “PayPal” kimi məşhur ödəmə tətbiqetmələri kriptovalyutanın istifadəsi üçün əsas kanal olaraq qalsa da, “NYDIG”in prezidenti Yang Zhaonun sözlərinə görə, Amerika bankları insanları cəlb etmək üçün bu “əyləncədən” istifadə edirlər: “Dünyanın hər yerindən əmanətlərin “Coinbase”, “Galaxies” və “Krakers”ə getdiyini görürük!”.

Kriptovalyutalar cəmiyyətinə nüfuz edən bank əleyhinə düşüncələrə baxmayaraq, “NYDIG” sorğusu bəzi insanların öz banklarına üstünlük verərək kriptobirjalarda qeydiyyatdan keçmək istəmədiyini göstərir.

Bank təşkilatları kriptovalyutaları kütlələrə yönəltməyə kömək etsə də, “JPMorgan” kimi nəhənglərin onların nümunəsini təqib edəcəyi bəlli deyil.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər