13 C
Baku
Cümə axşamı, Oktyabr 21, 2021

Zədələnmiş pullar necə dəyişdirilir? – RƏSMİ

faizlere

Mərkəzi Bank və onun ərazi idarələri tərəfindən əhalidə olan yararsız pul nişanlarının qəbul edilməsi, ekspertizası və dəyişdirilməsi, eləcə də nağd pulla bağlı sorğuların və müraciətlərin cavablandırılması məqsədilə əhaliyə xidmət göstərilir. Bununla bağlı Mərkəzi Bankın “Qaynar xətt”inə (966) müraciət oluna bilər.

Digər məsələ xüsusilə Azərbaycanda zədələnmiş xarici valyutalarda olan əsginasların yenisi ilə əvəz edilməsi prosesi necə həyata keçirildiyi ilə bağlıdır. Ölkəmizdə istənilən xarici valyutanın dəyişdirilməsi təmin edilirmi və ya əsginasların neçə faizi zədələndiyi halda onun dəyişdirilməsi mümkün olur və s. kimi suallara Mərkəzi Bank tərəfindən cavab verilib.

“Kommersiya bankları zədələnmiş xarici valyutada pul nişanlarının yararlı pul nişanına dəyişdirilməsini öz daxili qaydalarına uyğun olaraq həyata keçirə bilər”.

Bu barədə Azərbaycanın Mərkəzi Bankından (AMB) məlumat verilib.

Bankdan Azərbaycanda zədələnmiş xarici valyutalarda olan əsginasların yenisi ilə əvəz edilməsi prosesinə aydınlıq gətirilib. Bildirilib ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq Mərkəzi Bank yararsız milli pul nişanlarının dəyişdirilməsini həyata keçirir, eyni zamanda, “Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları”na əsasən Mərkəzi Bank həqiqiliyi şübhə doğuran xarici valyutada olan pul nişanlarının ekspertizasını aparır:

“Müvafiq qaydalara əsasən kommersiya bankları xarici valyutada pul nişanlarının ekspertizasını apara bilər. Eləcə də, kommersiya bankları zədələnmiş xarici valyutada pul nişanlarının yararlı pul nişanına dəyişdirilməsini öz daxili qaydalarına uyğun olaraq həyata keçirə bilər”.

Qeyd edilib ki, kommersiya bankları Mərkəzi Bank tərəfindən milli valyutaya nisbətdə rəsmi məzənnəsi müəyyən olunan xarici valyutada olan pul nişanlarını dəyişdirə bilər.

Əsginasların neçə faizinin zədələndiyi halda onun dəyişdirilməsi mümkün olduğu barədə də məlumat verilib. Belə ki, mövcud qanunvericiliyə əsasən saxta olmayan, bütöv bir hissədən ibarət səthinin 60 faizindən az olmayan hissəsini və ya eyni əsginasa məxsus hissələrdən ibarət səthinin 100 faizini saxlamış milli pul nişanlarının nominal dəyəri Mərkəzi Bank tərəfindən məhdudiyyətsiz ödənilir.

Əlavə edilib ki, zədələnmiş xarici valyutada pul nişanının dəyişdirilməsi qaydaları isə həmin xarici valyutanı tədavülə buraxan emitent bank tərəfindən müəyyən edilir.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:Oxu.az
Son xəbərlər
360 380
Oxşar xəbərlər