0 C
Baku
Monday, February 26, 2024

Zəlzələ Türkiyənin sənayesinə 9 milyard dollar ziyan vurub

Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank fevralın 6-da baş verən zəlzələlərin ölkənin sənaye müəssisələrinə 9 milyard dollar, yəni 170 milyard türk lirəsi dəyərində ziyan vurduğunu bildirib.

Bu barədə nazirliyin rəsmi tvitter hesabında bildirilib.

Nazir bildirib ki, zəlzələlər nəticəsində 34 sənaye zonasında 5.6 minə yaxın müəssisə əhəmiyyətli və ya orta dərəcədə zərər görüb. Ölkənin qalan 34 min müəssisəsi isə fəaliyyətini davam etdirir.

Türkiyə Maliyyə Nazirliyində zəlzələlərin ümumi zərəri 105 milyard dollar və ya 2 trilyon türk lirəsi olaraq qiymətləndirilib.

Fevralın 6-da Türkiyənin cənub-şərqində 7.7 və 7.6 bal gücündə iki güclü zəlzələ baş verib, yeraltı təkanlar Suriya da daxil olmaqla qonşu ölkələrdə dağıntılara səbəb olub. Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 50 mini keçib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər