“Zəngəzur dəhlizinin açılması yeni imkanlar yaradır” – Qazaxıstanın XİN rəhbəri

“Bugünkü danışıqlar zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələlərinin geniş dairəsi, yüksək səviyyəli razılaşmaların həyata keçirilməsi, regional və beynəlxalq gündəm üzrə müzakirələr aparmışıq”.

Banker.az xəbər verir ki, bunu Bakıda səfərdə olan Qazaxıstanın Baş nazirin müavini – xarici işlər naziri Muxtar Tileuberdi həmkarı Ceyhun Bayramovla görüşdən sonra mətbuat konfransında deyib. O bildirib ki, Qazaxıstan lideri Kasım-Jomart Tokayev Elbasının xarici siyasət kursunu davam etdirərək, Azərbaycanla hərtərəfli və dostluq münasibətlərin bundan sonra da möhkəmləndirilməsinə xüsusi önəm verir.

“Fürsətdən istifadə edərək, beynəlxalq qanun və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında özünə məxsus olan ərazilərin geri qaytarılması münasibətilə Azərbaycanı təbrik etmək istərdim. Həlak olmuş hərbiçilərin və mülki şəxslərin doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verirəm. Ümid edirik ki, Azərbaycan, Ermənistan və Rusiya arasında 10 noyabr 2020-ci il və cari ilin 11 yanvar tarixli üçtərəfli razılaşmaların həyata keçirilməsi regionda uzunmüddətli sülhə yol açar, Cənubi Qafqazın stabil və təhlükəsiz inkişafına təkan verəcək”, – nazir bildirib.

O, əlavə edib ki, regionda vəziyyətin stabilləşməsi Cənubi Qafqazın Qazaxıstan və Orta Asiya ölkələri ilə daha geniş transregional inteqrasiyası, Zəngəzur nəqliyyat dəhlizin açılmasını nəzərə alaraq, Xəzər liman infrastrukturun artan potensialı üçün yeni imkanlar yaradır.

– Son illər ərzində Azərbaycan struktur və institusional islahatların aparılmasında, sosial-iqtisadi inkişafında, biznes və investisiya üçün əlverişli imkanların yaradılmasında həqiqətən də nəzərəçarpacaq uğurlara yiyələnib. Bu gün Azərbaycan iri energetika və nəqliyyat-logistika layihələrin habına, beynəlxalq energetika təhlükəsizliyinin əsas oyunçusuna çevrilib. Regionda yeni geosiyasi reallıq, nəqliyyat kommunikasiyaların açılması ölkənizin regional mərkəz qismində rolunun gücləndirilməsinə yol açır. Biz, Qazaxıstanda sevinirik ki, qardaş Azərbaycan dayanıqlı inkişaf, modernləşmə və tərəqqi yolu ilə inamla və əminliklə gedir. Regional və beynəlxalq xaraketrli aktual məsələlər üzrə mövqelərimizin və maraqlarımızın yaxınlığını məmnuniyyətlə qeyd etmək istəyirəm. Çoxtərəfli formatda biz Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Türk Şurası, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar çərçivəsində biz sıx qarşılıqlı əməkdaşlıq edirik. Burada mən türk dövlətlərin əməkdaşlığın inkişaf perspektivlərinə ümumi baxışlarımızı qeyd etmək istərdim. Azərbaycan bizim üçün Cənubi Qafqazda və Xəzər regionunda əsas siyasi və ticari-iqtisadi tərəfdaşımızdır,- deyə o, bildirib.

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.