Zəngin insanların ən sıx olduğu ölkələrin onluğu

Wealth-X milyonçuların ən sıx yaşadığı ölkələrin reytinqini açıqladı, bu zaman hər 10 000 nəfərə düşən sərvəti 30 mln dollardan artıq olan varlı insanların (ultra high net worth individuals – UHNWI) sayı əsas götürüldü. 

Amerika siyahıdan kənarda qalmışdır, hərçənd ki UHNWI-lərin ümumi sayı başqa yerlərdəkindən daha çoxdur. Multimilyonçuların yaşadıqları ölkələrin 60%-i Avropada, 30%-i isə Asiyada yerləşir. Tədqiqatdan göründüyü kimi varlı insanlar özlərini yüksək vergi güzəşti olan kiçik ölkələrdə daha rahat hiss edirlər.

Buna Fransız Rivierası və kazinonu da əlavə etsək, onda lap əla bir mühit yaranır. Monako krallığı kəskin fərqlə liderlik edir (hər 10 000 nəfərə 55 milyarder – ən yaxın rəqibindən demək olar ki, 2,5 dəfə daha çoxdur), o artıq çoxdandır ki, dəbdəbəli həyatın təcəssümü kimi çıxış edir. Daha sonra off-şor zonalar gəlir: Lixtenşteyn, İsveçrə və Honkonq.

Ardınca aşağı vergisi ilə deyil, zəngin ehtiyatları ilə məşhur olan Norveç, Küveyt və Bruney kimi dövlətlər gəlir. Axırıncını zənginliyinə görə hətta “İslam Disneylendi” də adlandırıblar, düzdü əhalinin az olmasına görə onun reytinqə daxil olması üçün yalnız 100 nəfər lazım olmuşdur. Böhranın nəticələrinə baxmayaraq, reytinqi axır ki onluğa düşməyi bacaran İslandiya bağlayır. Orada 65 UHNWI qala bilmişdir – hər halda 2008-ci il ərəfəsində İslandiya BMT tərəfindən yaşayış üçün ən yaxşı ölkə kimi qəbul edilmişdir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.