25 C
Baku
Saturday, July 27, 2024

“Zəngin” olmaq üçün seçim dərsi

“Zəngin”lik hər bir nüansı nəzərə alaraq düzgün, yerində və vaxtında verilmiş qərarların nəticəsində mümkün olur.

İnsan hər hansı vəziyyətlə qarşılaşır, qarşılaşdığı vəziyyətdə qarşısına seçimlər çıxır, qarşıya çıxan seçimlər müxtəlif olur, müxtəlif seçimlərdən ən düzünü seçə bilən şəxslərsə “Zəngin” olur. Düzgün seçim edə bilmək üçün qarşıya çıxan seçimləri, seçimlərin nələrə gətirib çıxaracağını və seçim vaxtı nəzərimizdən yayınan məqamları öyrənək. Fikirlərin daha anlaşıqlı və aydın olması üçün misallardan geniş istifadə edəcəyik.

“Pulsuz nahar olmaz”. Bu ifadə ilk baxışda sadə görünür,amma diqqət yetirərək baxsaq bu ifadəyə onda görərik ki, bizə lazım olan bir şeyi əldə edə bilmək üçün bizə lazım olan digər bir şeyi verməli olduğumuzu xatırladır bizə.Yəni bizə lazım olan nahar tələbatımızı ödəmək üçün bizə lazım olan müəyyən miqdar pulumuzdan keçməliyik. Qərar vermək üçün naharın yoxsa pulun bizim üçün daha vacib olduğunu dəqiqləşdirməliyik. Burada nahar etmək zəruri olduğundan müəyyən qədər pulumuzdan imtina etməliyik.

Yuxarıdakı 2 seçimdən biri bizim üçün vacib olan naharidiki nahardan imtina edib pulu qorumaq çox çətindir, hətta mümkünsüzdür. Çünki insan var olmaq üçün qidalanmalıdır. İndi isə hansı seçimin daha vacib olduğunu yalnız özümüzün müəyyən edəcəyimiz bir misala baxaq.

Ən dəyərli olan resursu – vaxtı – bölüşdürmək istəyən tələbəni düşünək. Tələbə bütün vaxtını müxtəlif elm sahələrindən yalnız birinə tam şəkildə sərf etməklə həmin elmi dərindən öyrənməyə və ya vaxtını bir neçə elm sahəsini öyrənmək üçün bölüşdürə bilər. Tələbə hər hansı bir elm sahəsinə vaxtını tam şəkildə sərf etməsini yoxsa vaxtını bir neçə elm sahəsini öyrənmək üçün bölüşdürməsini heç bir zəruri tələbat (digər misaldakı nahar kimi) olmadığı üçün özü iradi olaraq seçir. Belə məqamlarda yəni iradi cəhətdən tam azad şəkildə seçim edilə bilinən halda öz gələcəyi üçün daha zəruri olanı seçə bilən şəxs gələcəkdə zəngin olmaq üçün addımladığı yolda düzgün və uğurlu addım atmış olur. Gələcəkdə öz inkişafımızı hansı sahədə görürüksə seçim vaxtı o sahəyə daha yaxın olanı düzgün müəyyən etməli və böyük dəyərə malik olan zamanımızın əksərini (mümkünsə tamamını) müəyyən edilmiş seçimə ayırmalıyıq …

1352662797718

İndi də seçimlər vaxtı diqqətimizdən yayınan nüansların olduğu bir misala baxaq.
Misal üçün ali təhsili alıb almamaq haqqındakı qərarımızı götürək. Bu qərarın faydası, intellektual zənginləşmə və ömür boyu daha yaxşı iş imkanlarından ibarətdir. Bəs bunula əlaqəli məsrəflər hansılardır? Bu suala cavab vermək üçün, düşünə bilərik ki, təhsil haqqını, kitabların qiymətini, yataqxana pulunu və yemək üçün sərf etdiklərimizi toplamaq lazımdır. Lakin hesabladığımız məbləğ bizim ali təhsil ocağında bir il oxumaq üçün tərk etdiyimiz şeylərin həqiqi hesabatını təmsil etmir.

Yuxarıdakı cavabın birinci çatışmazlığı bizim ali təhsili almağımıza aidiyyəti olmayan bəzi şeyləri özündə ehtiva etməsidir. Çünki, ali təhsilimizi tərk etsək belə qalmaq üçün bir yerə və yeməyə ehtiyacımız olacaqdır. Otaq və yemək pulu ancaq ali təhsil ocağında başqa yerlərə nisbətən daha bahalı olduğu halda ali təhsilin məsrəfi hesab oluna bilər. Əslində isə oxuduğumuz univesitetde otaq və yemək pulu başqa yerdə yaşadığımız halda ödəyəcəyimiz qiymətdən daha ucuz da ola bilər. Bu halda otaq və yemək pulunda etdiyimiz qənaət ali təhsilin bizə verdiyi faydadır.

Məsrəflərin bu şəkildə hesablanması ilə bağlı ikinci problem onun ali təhsilə sərf olunan ən böyük məsrəfi – bizim vaxtımızı nəzərə almamasıdır. Bir ili mühazirələri dinləməklə, dərslikləri oxumaqla araşdırmalar aparmaqla keçiririksə bu vaxt ərzində muzdlu bir işdə işləmək imkanından məhrum oluruq. Tələbələrin əksəriyyəti üçün ali məktəbə getmək üçün imtina etdikləri əmək haqqıları onların təhsilinin yeganə əsas məsrəfini təşkil edir. Burada düzgün seçim etməyimiz üçün gələcəkdə kim olmaq və nə ilə məşğul olacağhımızı bir daha dəqiqləşdirməli və onun nəticəsində hər bir seçimin “alternativ dəyər”ini müəyyən etməliyik. Bundan sonra öz seçimimizi etməliyik.

Hər hansı bir şeyin “alternativ dəyər”i onu əldə etmək üçün imtina olunanlarla ölçülür. Hər bir qərarı verərkən qərarverənlər hər bir mümkün qərarın “alternativ dəyər”ini nəzərə almalıdır. Əgər qərar verərkən etdiyimiz seçimə görə çox şeydən imtina etsək, yəni “alternativ dəyər”i böyük olsa seçimimizin, bu qərarımız çox yalnış olar və bizə fayda vermək əvəzinə xeyli ziyan verər. Amma seçimimizin “alternativ dəyər”i kiçik olsa onda qərarımız bizə böyük fayda verər və bizi ” Z ə n g i n ” edər.

Son xəbərlər
Digər xəbərlər