24 C
Baku
Şənbə, Sentyabr 18, 2021

“Zəyəm Texnologiyalar Parkı”nın səhmləri birjada

Screen Shot 2021 09 02 at 14.34.20

26 avqust 2021-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Zəyəm Texnologiyalar Parkı” ASC-nin ümumi dəyəri 18 000 000 ( on səkkiz milyon )  manatolan səhmləri standart bazar seqmentində listinqə daxil edilmişdir.

Qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Abunə yazılışı 2021-ci il 31 avqust – 29 oktyabr tarixləri aralığını əhatə edəcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmışyerləşdirmənin baş tutacağı tarix BFB-nin internet səhifəsindəinvestorlara açıqlanacaqdır. Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti”-dir.

Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsindəEmitentlərin hesabatlılığı (https://www.bfb.az/az/emitentler)bölməsindən əldə edə bilərsiniz.

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN

Səhmin növü və forması

Səhmlərin sayı

Nominal Dəyəri

AZ1001003453

Adi adlı sənədisiz səhm

18,000,000

1

AZN

Abunə yazılışında iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər”(https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi)bölməsində yerləşdirilmişdir.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər