20 C
Baku
Sunday, October 13, 2024

Zəyəmçay su anbarının yaradılmasına başlanılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Zəyəmçay su anbarının yaradılması istiqamətində işlərə başlayıb.

Banker.az xəbər verir ki, hazırda bu məqsədlə texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədləri hazırlanır.

Yeni su anbarı Prezident İlham Əliyevin imzaladığı “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 27 iyul 2020-ci il tarixli sərəncamı əsasında yaradılır. Həmin sərəncamda əlavə olaraq Əlicançay, Qudiyalçay, Vəlvələçay, Qaraçay, Qusarçay, Ağsuçay, Türyançay, Yengicə və Viləşçay su anbarlarının yaradılması nəzərdə tutulub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər