Zəfər yolu sentyabrın axırında istifadəyə tam hazır olacaq.
Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
A.Nəcəfli deyib ki, dünyanın heç bir ölkəsində 10 ay ərzində respublika əhəmiyyətli yol sıfırdan tikilib istifadəyə verilməyib: “Bu, respublika əhəmiyyətli yoldur. 10 ay ərzində körpü-keçidlərlə birlikdə 101 kilometrlik yol inşa edilib. Bir aya təxminən 10 kilometr yol tikilib. Soyuq və şaxtalı havada belə bu yolda işlər sürətlə davam etdirilib. Yol sentyabrın axırında istifadəyə tam hazır olacaq”.