2 C
Baku
Saturday, December 14, 2024

Zəif dollar: Trampın arzusu gerçəkləşəcəkmi?

2018-ci ilin əvvəlindən başlayaraq strateqlərin çoxu dolların zəifləməsini gözləyir. Buna baxmayaraq, onlar arasında buna əmin olmayanlar da var. 

Dolları əhəmiyyətli dərəcədə azaltmaq üçün avro və yuanın xeyli dərəcədə güclənməsinə ehtiyac olacaq və bu, mümkünsüz görünür. 

ABŞ-ın Avropa mallarına yeni gömrük rüsumunu tətbiq etməsi təhlükəsi vahid valyuta üçün əlavə çətinliklər yaradır və Vaşinqtonla Pekin arasındakı ticarət qarşıdurması yuana təzyiq göstərməyə davam edir. Tərəflər sövdələşmənin birinci mərhələsində razılığa gəlsələr də, bu, ticarət müharibəsinə son qoyulması yolunda sadəcə kiçik bir addımdır. 

ABŞ-ın Çin mallarına tətbiq etdiyi rüsumların azaldılması, “Goldman” bankının gözləntilərini doğrultmadı. Yenə də bir çox analitiklər iqtisadi artımın sürətləndiyi halda “dollar üzrə” qısa mövqelərə geniş valyutalara daha çox güvən verə biləcəyini yazırlar. 

qrafik8

ABŞ və Çin arasındakı ticarət barışığından və İngiltərənin Baş naziri Boris Consonun seçkilərdə qalib gəlməsindən məmnun qalan ticarətçilər riskli aktivləri üstün tutduğu halda, dollar 2018-ci ilin ilk üç ayında ən pis nəticəni göstərə bilər. 

ABŞ-ın 10 illik xəzinədarlıq kağızlarının gəlirliliyi 1,84%-ə qədər artıb. 

qrafik7Son dövrlərdə dolların ucuzlaşmasına baxmayaraq, “ayılar” hələ də üstünlük əldə edə bilməyiblər. ABŞ dolları üzrə aylıq opsionlar üçün risk göstəricisi əsas valyutalara qarşı kəskin şəkildə aşağı düşsə də, “call” və “put” müqavilələrinin demək olar ki, balanslandığını göstərən səviyyədədir. 

Son xəbərlər
Digər xəbərlər