Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə olan zəlzələ nəticəsində insan tələfatı ilə mübarizə aparan axtarış-xilasetmə qruplarına dünyanın müxtəlif ölkələri dəstək verib. Dünyanın hər yerinə zəlzələ yardımı gəlməkdə davam edir. Bəs, Türkiyəyə hansı ölkələr yardım göndərib?
Banker.az Türkiyəyə yardım göndərən ölkələrin siyahısını təqdim edir:
TAYVAN
Tayvan Kahramanmaraşda baş verən zəlzələlərdə dağıntılar altında qalanların xilas edilməsi üçün Türkiyəyə axtarış-xilasetmə qrupu göndərib.
LİVAN
Livan hökuməti Kahramanmaraşda baş verən zəlzələlər nəticəsində dağıntılar altında qalanların xilas edilməsi üçün Türkiyəyə 72 nəfərlik axtarış-xilasetmə qrupu göndərib.
Çexiya
Çexiya Kahramanmaraşda 7,7 və 7,6 bal gücündə zəlzələlərə görə Türkiyəyə axtarış-xilasetmə qrupları göndərib. Axtarış-xilasetmə üzrə ixtisaslaşmış yanğınsöndürənlərdən ibarət qrup lazımi ləvazimatları Ostrava şəhərinin Leos Janacek hava limanında təyyarəyə yükləyərək yola düşüb.
MALAYZİYA
Malayziyadan 70 nəfərlik axtarış-xilasetmə qrupu zəlzələlərdən sonra axtarış-xilasetmə fəaliyyətlərinə dəstək vermək üçün Türkiyəyə hərəkət edib.
GÜRCÜSTAN
Bildirilib ki, Gürcüstan hökumətinin qərarı ilə 60 nəfərdən ibarət axtarış-xilasetmə qrupu yola düşüb. Komanda ilə yanaşı təlim keçmiş itlər və müvafiq avadanlıqlar da Türkiyəyə göndərilib.
AZƏRBAYCAN
Azərbaycan zəlzələdən zərər çəkənlər üçün yaxşı təchiz olunmuş səhra xəstəxanası, ədyal, qızdırıcılar və müxtəlif materiallar göndərib. Zəlzələ zonalarından birində yaradılacaq xəstəxanada azərbaycanlı həkimlər çalışacaq.
BOLQARISTAN
Bolqarıstanın müxtəlif şəhərlərindən bir araya gələrək 13 maşınla yola çıxan 50-si axtarış-xilasetmə mütəxəssisi olan 59 nəfər Kapıkule Sərhəd Qapısından ölkəyə daxil olub.
ALMANİYA
Kahramanmaraşda 10 vilayətdə baş verən zəlzələlərdən sonra axtarış-xilasetmə işlərində iştirak etmək üçün 41 zabit və 7 itdən ibarət qrup Almaniyanın Köln şəhərindən yola düşüb.
Beynəlxalq Axtarış və Xilasetmə (ISAR) tərəfindən təşkil edilən ekspertlər qrupu Köln-Bonn Hava Limanından şəxsi təyyarə ilə Qaziantepə yola düşüb.
İSRAİL
İsrail ordusu yardım göstərmək üçün 150 mühəndis, tibb işçisi və digər yardım işçilərindən ibarət axtarış-xilasetmə qrupu göndərib. İki ölkə münasibətlərdə illərlə davam edən gərginlikdən sonra ilk dəfə bu münasibətlə humanitar təmasda olur. İsrail və Suriya arasında diplomatik əlaqələr yoxdur, lakin Baş nazir Benyamin Netanyahu Suriyaya humanitar yardım tələbini də təsdiqlədiyini açıqlayıb.
ABŞ
ABŞ Türkiyəyə təcili yardım, o cümlədən axtarış-xilasetmə səylərini dəstəkləmək üçün qruplar göndərir. Kaliforniyadakı 100-ə yaxın Los-Anceles dairəsinin yanğınsöndürənləri və struktur mühəndisləri ilə birlikdə altı xüsusi təlim keçmiş it Türkiyəyə göndərilib.
RUSİYA
Rusiya Fövqəladə Hallar Nazirliyi zəlzələdə yaralananların müalicəsi üçün səhra xəstəxanası, eləcə də Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar xilasetmə qrupları göndərib.
YUNANISTAN
Türkiyənin son zamanlar gərgin münasibətləri olan qonşusu Yunanıstan Türkiyəyə ilk xilasedici dəstə göndərən ölkələrdən biri olub. Hərbi nəqliyyat təyyarəsi 21 nəfərlik xilasetmə qrupu, iki xilasedici it və bir xilasetmə maşını, bir konstruktiv mühəndis, beş həkim və seysmik planlama mütəxəssisi ilə Türkiyəyə gəlib.
FRANSA
Fransa Türkiyəyə 136 nəfərlik 2 axtarış-xilasetmə qrupu göndərib.
CƏNUBİ KOREYA
60 nəfərlik axtarış-xilasetmə qrupu və tibbi ləvazimat göndəriləcək. Hökumət ilk mərhələdə 5 milyon dollarlıq humanitar yardımın göstərildiyini də açıqladı və Gyeonggi əyalət hökuməti də 1 milyon dollar humanitar yardım etməyi planlaşdırır.
PAKİSTAN
Pakistan baş nazir Şahbaz Şərifin əmri ilə Kahramanmaraşda baş verən zəlzələlərlə əlaqədar Türkiyəyə axtarış-xilasetmə qrupları göndərib.
HİNDİSTAN
Təbii Fəlakətlərə Qarşı Mübarizə Qüvvələrinin 100 nəfərlik şəxsi heyəti ilə birlikdə itlər və avadanlıqlarla birlikdə komandalar yoldadır. Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib ki, təlim keçmiş həkimlər, feldşerlər və zəruri dərmanlardan ibarət tibbi qruplar yola düşməyə hazırdır.
İNGİLTƏRƏ
Böyük Britaniyadan cərrahlar, feldşerlər, təcili tibbi yardım işçiləri və logistika işçiləri də daxil olmaqla bir tibb qrupu Türkiyəyə uçmağı gözləyir. Bundan əlavə, 76 nəfərlik axtarış-xilasetmə qrupu, o cümlədən avadanlıq və xilasedici itlər İngiltərədən Türkiyəyə təcili dəstək olaraq gəlir.
İSVEÇRE
İsveçrənin REDOG xilasedici it xidməti 22 nəfərlik peşəkar xilasetmə qrupunu 14 itlə Türkiyəyə göndərir. Hökumət həmçinin ordunun fəlakət ekspertləri də daxil olmaqla ümumilikdə 80 ekspertin Türkiyəyə göndəriləcəyini açıqlayıb.
YAPONİYA
Zəlzələ fəlakətinə ilk reaksiya verən ölkələrdən biri Yaponiya olub. Bu sahədə dünyanın ən qabaqcıl texnologiyasına və təcrübəsinə malik olan yaponlar ən peşəkar avadanlıqla təchiz edilmiş 75 nəfərə yaxın xilasedici dəstə göndərib.
İSPANYA
85 nəfərdən ibarət iki axtarış-xilasetmə qrupu və bir könüllü yanğınsöndürən birliyi Türkiyəyə göndərilib.
POLŞA
Türkiyəyə tam təchizatlı 76 yanğınsöndürən və 8 təlim keçmiş it göndərir.
XORVATIYA VƏ KOSOVO
Kosovo və Xorvatiyadan olan axtarış-xilasetmə qrupları zəlzələ bölgələrində aparılan işlərə dəstək vermək üçün Türkiyəyə hərəkət edib.
SERBİYA
Serbiyanın paytaxtı Belqraddan 27 nəfərlik axtarış-xilasetmə qrupu Türkiyəyə yola düşüb.
MOLDOVA
Prezident 55 xilasedicinin Türkiyəyə göndərildiyini bildirib.
MEKSİKA
Meksika prezidenti Andres Manuel Lopez Obradorun göstərişi ilə mərkəzi qərargahı Kahramanmaraşda olan 10 vilayətdə baş verən zəlzələlər səbəbindən Türkiyəyə 145 nəfərlik axtarış-xilasetmə qrupu göndərib.
İTALİYA
Mülki Müdafiə Agentliyi Türkiyəyə yardım təklif edib. Yanğınsöndürmə briqadası Pisanı tərk etməyə hazırlaşır. İtaliya hərbçiləri tibbi və digər personalı, eləcə də peşəkar avadanlıqları nəqliyyat təyyarəsi ilə daşıyacağını bildirib.
MİSİR
Misirin Kahramanmaraş mərkəzli zəlzələlərdən zərər çəkmiş bölgələrə dəstək məqsədilə Türkiyə və Suriyaya 5 yardım təyyarəsi göndərdiyi bildirilib.
YENİ ZELLANDİYA
Onlar Türk Qızıl Aypara Cəmiyyətinə 632 min dollar, Suriya Ərəb Qızıl Aypara Cəmiyyətinə 316 min dollar pul yardımı göndəriblər.
ÇİN
Çin Fövqəladə Hallar Nazirliyinin axtarış, xilasetmə və səhiyyə xidmətinin əməkdaşlarından ibarət 82 nəfərlik Çin komandası xilasetmə avadanlığı və ləvazimatları ilə yola düşüb.
Qazaxıstan
Qazaxıstan hakimiyyəti Türkiyəyə onlarla tibb işçisi və xilasedici göndərib. Bundan əlavə, Qazaxıstan Türkiyəyə təcili yardım göstərmək üçün 1 milyon dollar ayıracaq.
Ukrayna
Ukrayna prezidenti Vladimir Zelenski Türkiyəyə humanitar yardım göndərilməsi haqqında fərman imzalayıb.
Ermənistan
Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla Ermənistanın xilasedici qüvvələrinin fəlakət zonasına göndərildiyini bildirib. Ərdoğan öz növbəsində Paşinyana təşəkkür edib və qeyd edib ki, Türkiyə hökuməti Ermənistanın dəstəyini, o cümlədən iki ölkə arasında dialoqun daha da dərinləşdirilməsi kontekstində yüksək qiymətləndirir.
Əlcəzair
Əlcəzair Türkiyəyə 17 ton avadanlıqla həkimlər də daxil olmaqla 89 nəfərlik risk idarə heyəti göndərib. Həmçinin Suriyaya 115 ton dərman, ərzaq və çadır göndərilib.
Tunis
Prezident Qais Said həm Türkiyə, həm də Suriyaya 15 tondan çox ədyal və ərzaq da daxil olmaqla “humanitar yardım” göndərib.
NATO
NATO-nun 20 müttəfiqi və tərəfdaşından 1400-dən çox fövqəladə hallar personalının, həmçinin tibb işçiləri və xilasedici itlərin Türkiyəyə göndərildiyini bildirib.
Aİ-DƏN 21 ÖLKƏ
Aİ Komissiyasının böhranların idarə edilməsi, mülki müdafiə və humanitar yardımdan məsul üzvü Janez Lenarçiç sosial media hesabında bir mesaj paylaşaraq, AB Mülki Müdafiə Mexanizmi çərçivəsində 21 ölkədən 28 axtarış-xilasetmə və tibbi qrupun Türkiyəyə göndərildiyini bildirib.
Hollandiya
Hollandiya Şəhər Axtarış və Xilasetmə Qrupundan 65 xilasedici və 8 xüsusi təlim keçmiş it Türkiyəyə hərəkət edib.
Macarıstan
Macarıstan Milli Fəlakət İdarəsi Baş Müdirliyinə bağlı 55 nəfərlik axtarış-xilasetmə qrupunun zəlzələdən zərər çəkənlərə kömək etmək üçün Türkiyəyə göndərildiyi bildirilib.