17 C
Baku
Friday, October 18, 2024

Zəlzələdən zərərçəkənlərə ABB mobile-la yardım imkanı!

ABB Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə yardım göstərmək
istəyənlər üçün imkan yaradıb. Yardımları artıq ABB mobile vasitəsilə də etmək olar.
Vəsaitlər Azərbaycanda elan edilmiş “Səninləyəm, Türkiyə” aksiyası çərçivəsində
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin hesabına köçürülür.

Bu məqsədlə ABB mobile tətbiqinə xüsusi bölmə əlavə edilib. Tətbiq
istifadəçiləri həmin bölməyə daxil olub Türkiyədə zərərçəkənlərə istədikləri məbləğdə
yardım göstərə bilərlər. ABB mobile istifadəçisi olmayanlar isə bu imkandan
yararlanmaq üçün tətbiqi yükləyib qeydiyyatdan keçməlidirlər.

Zəlzələdən zərər çəkənlərə yardımları bu Türkiyə bankları vasitəsilə də
köçürmək mümkündür. ABB mobile, eləcə də banklar vasitəsilə köçürmə zamanı
komissiya haqqı və ƏDV tutulmur.

Xatırladaq ki, fevralın 6-da qardaş Türkiyənin cənub-şərqində baş verən güclü
zəlzələ Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa,
Adıyaman, Malatya, Hatay əyalətlərində böyük dağıntılara və insan tələfatına səbəb
olub. Zəlzələdən zərər çəkənlərin müxtəlif ehtiyaclarının qarşılanması üçün ən kiçik
yardımın da indiki çətin günlərdə qardaş Türkiyə üçün böyük dəyəri var.

 

Son xəbərlər
Digər xəbərlər