5 C
Baku
Saturday, December 14, 2024

“Zəlzələlərdən sonra 56 mindən çox bina söküləcək” – Türkiyəli nazir

Türkiyənin şəhərsalma və ətraf mühit naziri Murat Kurum ölkənin zəlzələdən zərər çəkmiş əyalətlərində ən azı 56 min binanın dağıldığını və ya yararsız vəziyyətdə olduğunu bildirib.

Nazirin sözlərinə görə, zərər çəkmiş əyalətlərdə 577 689 binaya baxış keçirilib ki, bu da təxminən 2 665 000 mənzilə bərabərdir. O, qeyd edib ki, 56 080 uçmuş, sökülən və ya qəzalı vəziyyətdə olan bina müəyyən edilib.

Kurum əlavə edib ki, Türkiyə hakimiyyəti təsirə məruz qalan 11 əyalətdə yeni tikinti planları hazırlayır, o cümlədən yeni evlərdə mərtəbələrin sayı məhdudlaşdırılır. Bundan əlavə, yeni şəhərlərin yaradılması variantları nəzərdən keçirilir və onların yeri ilə bağlı qərarlar qəbul edilir.

Son xəbərlər
Digər xəbərlər