12 C
Baku
Saturday, November 23, 2024

Zəmanət və akkreditivlər üzrə aparıcı mütəxəssis (Trade Finance) – Bank Respublika ASC

Bank Respublika” ASC “Zəmanət və akkreditivlər üzrə aparıcı mütəxəssis (Trade Finance)” vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 27 filialda, peşəkar komandamızda 1000-ə yaxın əməkdaş çalışmaqdadır.Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Beynəlxalq müqavilələri və digər əlaqəli sənədləri ekspertiza etmək;
• Beynəlxalq zəmanət və akkreditivlərin şərtlərini müzakirə edilmək, SWIFT mətnini hazırlamaq;
• Zəmanət və akkreditivlərlə bağlı ərizələrin təhlilində kredit mütəxəssislərinə dəstək olmaq, müştəri ehtiyaclarını və təkliflərini müəyyənləşdirmək və uyğun həlli yolu tətbiq etmək;
• Beynəlxalq əməliyyatlarla bağlı müxbir banklarla və müştərilərlə əlaqə qurmaq;
• Sənədli əməliyyatlar portfelinə nəzarət etmək və müvafiq hesabatları hazırlamaq;
• Kredit mütəxəssisləri ilə qarşılıqlı əlaqə saxlamaq və Sənədli əməliyyatlar məhsullarının satışına dəstək vermək;
• Zəmanət və akkreditivlər ilə bağlı kredit mütəxəssislərinə təlimlər keçirmək;
• Zəmanət və akkreditivləri icra etmək (həm kağız daşıyıcısında, həm də SWIFT vasitəsilə);
• Zəmanət və akkreditivlərin qeydiyyatını aparmaq (balansdankənar, təminat, komissiya və örtükərin qeydiyyatı) və portfelinə nəzarət etmək.

Namizədə qarşı tələblər:

• Ali təhsil
• Ticarətin maliyyələşdirilməsi və ya Sənədli əməliyyatlar sahəsində  ən azı 2 il iş təcrübəsi (Əməliyyatların icraçısı olması önəmlidir);
• Zəmanət və akkreditivlərlə bağlı qanunvericilik, URDG 758 və UCP 600-üz son nəşri barədə biliklər;
• Bank əməliyyatları barədə biliklər;
• SWIFT sistemində işləmə qabiliyyəti, Sənədli əməliyyatlara aid formatları təhlil və icra etmək qabiliyyəti
• Aidiyyatı sənədləri təhlil etmə qabiliyyəti;
• Müqavilələrlə işləmə bacarıqları;

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 noyabr 2018-ci il tarixinədək, email-in mövzu hissəsində “Zəmanət və akkreditivlər üzrə aparıcı mütəxəssis (Trade Finance)” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Digər xəbərlər