12 C
Baku
Saturday, November 23, 2024

Zəmanət və akkreditivlər üzrə mütəxəssis (“Trade finance”-təcrübəsiz) – Bank Respublika ASC

Bank Respublika” ASC “Zəmanət və akkreditivlər üzrə mütəxəssis (“Trade finance”-təcrübəsiz)” vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 27 filialda, peşəkar komandamızda 1000-ə yaxın əməkdaş çalışmaqdadır.Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Xarici və beynəlxalq maliyyə qurumlarının nümayəndələri ilə işgüzar görüşləri təşkil edir;
• Müxtəlif maliyyə qurumları üşün bankın fəaliyyəti haqqında təqdimatlar hazırlayır və həyata keçirir;
• Potensial əməkdaşlıq olan xarici və beynəlxalq maliyyə qurumları haqqında məlumat toplayır;
• Əlaqə yaradılmış bütün maliyyə və digər təşkilatların qeydiyyatını aparır;
• Xarici  və beynəlxalq maliyyə qurumlarından kredit xətlərini cəlb edir;
• Sənədli əməliyyatlar ilə əlaqədar müştəri sorğularının yerinə yetirilməsi;
• İş ilə bağlı gündəlik əməliyyatların yerinə yetirilməsi, mövcud işlərlə bağlı qərar qəbul edilməsi və idarə edilməsinə aid öhdəliklər;

Namizədə qarşı tələblər:

• Ali təhsil (maliyyət təhsili arzu olunandır)
• İş təcrübəsi: vacib deyil
• Azərbaycan dili- əla (yazılı və şifahi ), İngilis dili- əla (yazılı və şifahi ); Rus dili- yaxşı
• Komputer bilikləri. Microsoft Office Programs (Word,Excel),
• Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq.

Sizə nə təklif edirik?

• “Trade finance” üzrə geniş bilgilər və təcrübə;
• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 02 dekabr 2018-ci il tarixinədək, email-in mövzu hissəsində “Zəmanət və akkreditivlər üzrə mütəxəssis (Trade Finance)” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.
• Müraciət etmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu tələbləri nümayiş etdirə biləcəyinizə əmin olun;
• Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Digər xəbərlər