Ermənistan və ABŞ rəsmiləri Sünik vilayətindən keçəcək 42 kilometrlik “Tramp marşrutu” (Zəngəzur dəhlizi – red.) barədə danışıqlara start veriblər.
Ermənistanın baş naziri Nikol Paşinyan Strasburqda keçirdiyi brifinqdə bildirib ki, ABŞ nümayəndə heyəti son günlərdə İrəvana səfər edib və hökumət, eləcə də aidiyyəti qurumların təmsilçiləri ilə görüşlər keçirib.
Paşinyanın sözlərinə görə, proses zaman tələb edir və diqqətli yanaşma ilə aparılır.
O əlavə edib ki, “TRIPP layihəsi” həm ABŞ-ın, həm də digər beynəlxalq tərəfdaşların maraq dairəsində qalır.
Hazırkı mərhələdə layihələndirmə, maliyyələşdirmə və dəmir yolunun inşasının kim tərəfindən həyata keçiriləcəyi kimi məsələlər müzakirə olunur.