“Caspian Development Bank (CDB)” ASC
Vakansiya: Zəng Mərkəzinin Operatoru
İşçinin vəzifələri:
– Daxil olan zəngləri cavablandırmaq və ya lazım olduqda yönləndirmək;
– Bütün bank məhsulları və xidmətləri barədə müştərilərə telefonla ətraflı məlumat vermək;
– Bankın internet səhifəsində onlayn müraciətləri qəbul etmək və cavablandırmaq;
– Bank xidmət və məhsulları ilə problemləri olan müştərilərin müraciətlərini səlahiyyəti çərçivəsində problemlərin həllində yardımçı olmaq, digər hallarda müştərini müvafiq struktur bölməyə yönləndirmək;
– Department rəisinin ona həvalə etmiş olduğu digər vəzifələri həyata keçirir;
Vəzifəyə qəbul üçün kriterilər:
Təhsil: Ali (iqtisadi və ya biznes yönəmi üzrə təhsili olan namizədlərə üstünlük verilir)
Bilik: Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışıq
Bacarıq: Xoş səs tembri, mükəmmək etik davranış, yazı və danışıq, dəqiqlik, diqqət, operativlik, məsuliyyət
Təcrübə: Bank və ya oxşar kredit institutlarında Call Center sahəsində ən azı 1 il iş təcrübəsi.
CV-lərinizi [email protected] mail ünvanına göndərməyinizi xahiş edirik. CV-ni göndərərkən mail-ın “subject” hissəsində müraciət etdiyiniz vakansiyanın adının göstərilməsini xahiş edirik.
Qeyd etmək istərdik ki, açıq vakansiya üzrə verilmiş kriterilər, iş təcrübəsi və bacarıqları uyğun olan namizədlərlə əlaqə saxlanacaq.