2 C
Baku
Saturday, December 14, 2024

Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır

Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır. Heç kimdən asılı olmayaraq, öz vəsaitimiz hesabına, heç kimə müraciət etmədən, heç bir kredit götürmədən biz bu işləri görəcəyik.

Banker.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Dövlətimizin başçısı deyib ki, uzun illər həm torpaqlarımızı azad etmək üçün ordumuzu gücləndirmişik, həm postmüharibə dövründə quruculuq, bərpa işlərini görmək üçün texniki imkanlar, intellektual potensial, kadr potensialı və maliyyə resursları yaratmışıq.

Son xəbərlər
Digər xəbərlər