“Azərişıq” ASC “Light City” QSC ilə 6 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Zəngilan şəhəri ərazisində yeni 35/0,4 kV-luq “Zəngilan” Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin tikintisi, 35 kV-luq iki dövrəli kabel xəttinin çəkilməsi işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 6 198 759 manatdır.
Qeyd edək ki, “Light City” QSC 2020-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 2 min manatdır və qanuni təmsilçisi Fuad Məmmədlidir.