34 C
Baku
Friday, July 5, 2024

Zəngilan şəhərində yolların uzunluğu 31 km olacaq, velosiped və piyada zolaqları yaradılacaq

Zəngilan şəhərində yolların ümumi uzunluğu 31 kilometr olacaq, velosiped və piyada zolaqları yaradılacaq.

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) nümayəndəsi Fərid Yusubov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, layihə üzrə şəhərdaxili yolların ümumi uzunluğu 31 kilometrdir. Layihənin birinci mərhələsində ümumilikdə 17.14 kilometr uzunluğunda yollar salınacaq:

“İki və dörd hərəkət zolaqlı bu yolların eni 18-34 metr olacaq. Yolboyu velosiped və piyada zolaqları yaradılacaq, yaşıllıqlar salınacaq”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər