2 C
Baku
Saturday, December 14, 2024

Zəngilan və Laçın aeroportlarının tikintisinə hazırlıq işləri aparılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zəngilan və Laçında hava limanlarının vaxtında istismara verilməsi üçün Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) ilə birgə tədbirlər görür.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Aida Bədəlova bildirib.

“Bərdə-Ağdam dəmir yolu xəttinin I hissəsi üzrə işlərə başlanılıb, II hissəsinin, eləcə də Füzuli-Şuşa və Horadiz-Ağbənd dəmir yolu xəttlərinin layihələndirilməsi işləri aparılır. Həmçinin Kəlbəcər dəmir yolu xətti üzrə konseptual layihələr hazırlanıb, hazırda texniki-iqtisadi əsaslandırma işləri gedir. Hava nəqliyyatı infrastrukturunun qurulması ilə bağlı işlər də qrafikə uyğun aparılır. Füzuli hava limanının açılışı ötən il oktyabrın 26-da olub. Zəngilan Beynəlxalq Hava Limanının inşası, eləcə də Laçın Beynəlxalq Hava Limanının inşasına başlanılması üçün işlər aparılır. Qeyd edilən aeroportların vaxtında istismara verilməsi məqsədilə ICAO və IATA ilə zəruri tədbirlər davam etdirilir”, – deyə o, qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər