23 C
Baku
Saturday, October 5, 2024

Zəngilanda yeni yaşayış kompleksi belə olacaq – FOTOLAR

Zəngilan şəhərində beşinci yaşayış kompleksinin layihə görüntüləri yayılıb.

Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev rəsmi sosial şəbəkə hesabında paylaşıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan şəhərində beşinci yaşayış kompleksinin təməlini qoyub.

Yaşayış kompleksi şəhərin mərkəzi hissəsində, orta sıxlıqlı və çoxfunksiyalı zonada yerləşir. Kompleksin ərazisi məktəb və uşaq bağçası, Zəngilan Konqres Mərkəzi və şəhər parkının yaxınlığında yerləşir.

Yaşayış məhəlləsi 5 hektar ərazini əhatə edir. Burada binalar 3, 4, 5 və 6 mərtəbədən ibarət olacaq. Ümumilikdə bu yaşayış kompleksində 334 mənzilin inşası nəzərdə tutulub.

1728108577 462161512 949609620516714 7258868366555684844 n 1 1728108560 462003057 949609637183379 5253703143476892209 n 1728108554 462145874 949609613850048 7469640938387619797 n

Son xəbərlər
Digər xəbərlər