26 C
Baku
Saturday, May 31, 2025

Zəngilanın 3 kəndinə məcburi köçkün ailələrinin köçürülməsi yarım milyon manata başa gələcək

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi “Azcargo Logistics and Management Services” MMC ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə “Zəngilan Ağalı kəndinə 103, Cahangirbəyli kəndinə 242, Məmmədbəyli kəndinə 188 məcburi köçkün ailələrinin köçürülməsi” nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 483 800 AZN təşkil edir.

Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə məcburi köçkün ailələrinin sərnişin nəqliyyatı və ev əşyalarının, təsərrüfat yüklərinin yük nəqliyyat vasitələri ilə daşınması və boşaldılmasından ibarətdir (işçi qüvvəsi daxil).

Son xəbərlər
Digər xəbərlər