14 C
Baku
Sunday, November 24, 2024

Zəngin və gənc: Forbes reytinqində yaşı 40-dan az olan 12 milyarder

Dünyanın 400 ən zəngin amerikalı reytinqinə düşənlərin əksəriyyəti pensiya yaşında olsa da, ABŞ-da bir çox varlı insanın heç 40 yaşı yoxdur. Mark Zuckerberg, Airbnb-nin qurucuları, Elon Musk-ın rəqibi və digərləri – onların hər biri Forbes-un qalereyasına daxildir. 

Yeni reytinqin ən gənc üzvlərindən bəziləri varidatlarını miras alıblar. Məsələn, Amerikanın ən böyük supermarket şəbəkəsi Walmart-ın qurucusu Sam Walton-un Lucas Walton da var. 

Bununla belə, yaşı 40-dan az olan milyarderlərin çoxu texnologiya və ya sosial media sahəsində uğur qazanıblar. “Self-made” milyarderlər arasında həmçinin Snapchat-ın yaradıcıları Evan Spiegel və Bobby Murphy, Facebook-un qurucuları Dustin Moskovitz və Mark Zuckerberg var. 

Daha bir millenial – 38 yaşlı Trevor Milton-dur. O, 2015-ci ildə kollecdən çıxaraq, hidrogen və elektrik yük maşını şirkəti Nikola-nı qurdu. Bundan əvvəl sahibkar təbii qaz yanacaq sistemlərini inkişaf etdirən dHybrid Systems startapı ilə məşğul olub. 2014-cü ildə Milton biznesini 15,9 milyon dollara Worthington Industries metallurgiya şirkətinə satdı və bütün pullarını Nikola-ya sərmayə qoydu. 

2019-cu ilin sentyabr ayında avtomobil istehsalçısı Nikola, Hollandiyanın CNH Industrial konqlomeratından 250 milyon dollar cəlb etmişdir ki, bununla da şirkətin bazar kapitallaşması 3 milyard dollar həddini keçdi. Trevor Milyon dollar milyarderi oldu, o dövrdə onun sərvəti 1,1 milyard dollar dəyərində qiymətləndirilirdi. 2020-ci ilin iyun ayında Nikola birjaya çıxdı. İlkin mərhələlərdə şirkətin səhmlərinin dəyəri sürətlə böyüyürdü – qiymətli kağızlar dörd günlük hərrac müddətində təxminən üç dəfə bahalaşdı. Bu gün Nikola-nın səhmləri xeyli ucuzlaşsa da (24 iyul tarixi üçün 68%), Trevor Milyon Forbes-un 400 ən zəngin amerikalı reytinqində 12-ci yer ala bilib. 

Evan Spiegel 

Evan Spiegel

Yaş: 30

Sərvəti: 11 milyard dollar

Gəlir mənbəyi: Snapchat

2020-ci ilin iyun ayında Donald Trampın seçki qərargahında Snapchat qurucusuna qarşı çoxu tənqidlər səsləndirildi. Bunun əsas səbəbi ABŞ prezidentinin hesabının “Maraqlıdır” (Discover) bölməsinə görə silinməsi ilə əlaqədar yayılan açıqlama idi. Qeyd edildiyi kimi, bir az əvvəl Evan Spiegel Snap işçilərinə yazdığı müraciətdə “Amerika təcrübəsinin uğursuz olduğunu” qeyd etdi. Ölkənin ən gənc milyarderi zənginlər üçün vergilərin artırılmasına və afroamerikalılara təzminat verilməsinə çağırdı. 

Bobby Murphy

Bobby Murphy

Yaş: 32

Sərvəti: 4,7 milyard dollar

Gəlir mənbəyi: Snapchat

2020-ci ilin aprelində Snap-ın həmtəsisçisi və texniki direktoru Bobby Murphy, Los-Anceles sakinlərinə Covid-19 pandemiyası ilə mübarizə aparmağa kömək etmək üçün 5 milyon dollar vəsait bağışladı. 

Lucas Walton

Lucas Walton

Yaş: 33

Sərvəti: 15,4 milyard dollar

Gəlir mənbəyi: Walmart

O, Amerikanın ən böyük supermarket şəbəkəsinin qurucusu Sam Walton-un nəvəsidir. Atası John 2005-ci ildə təyyarə qəzasında öldükdən sonra Lucas böyük sərvət sahibi oldu. Milyarder Walton Family Foundation fondunda ətraf mühit Komitəsinin rəhbəri vəzifəsini tutur. 

Mark Zuckerberg

Mark Zuckerberg

 

Yaş: 36

Sərvəti: 85 milyard dollar

Gəlir mənbəyi: Facebook

Forbes 400 reytinqində Mark Zuckerberg əfsanəvi investor Warren Buffet-i belə keçib. 2020-ci ilin mart ayında baş verən kəskin çöküşdən sonra, ən böyük sosial şəbəkənin dəyəri təxminən 60% artdı. Bununla belə, 2020-ci ilin iyun ayının ortalarında mindən çox reklamverən Facebook-un siyasətçilər tərəfindən tənqid edilməsi səbəbindən sosial şəbəkəyə qarşı boykot elan etdi. Nəticədə, Mark Zuckerberg  Facebook-da nifrət hissini oyadan reklamları qadağan edəcəyini vəd etdi. 

Dustin Moskovitz

Dustin Moskovitz

Yaş: 36 

Sərvəti: 14,2 milyard dollar

Gəlir mənbəyi: Facebook

Facebook-un həmtəsisçisi olan Dustin Moskovitz, 2008-ci ildə Asana adlı mobil layihə idarəetməsi tətbiqini yaratmaq üçün şirkətdən ayrıldı. Ümumiyyətlə, Moskovitz-in sərvətinin böyük hissəsi onun Facebook-dakı payıdır (təxminən 2%). Buna baxmayaraq, distant iş rejiminin populyarlaşması ilə Asana-ya da tələb artdı. 2018-ci ilin noyabrında Asana 1,5 milyard dollar dəyərində qiymətləndirilirdi, indi isə şirkət IPO-ya hazırlaşır. 

Scott Duncan 

Scott Duncan

Yaş: 37

Sərvəti: 4,8 milyard dollar

Gəlir mənbəyi: neft-qaz şirkətində paya sahibdir

2010-cu ildə atasının ölümündən sonra Scott Duncan və onun üç bacısı Enterprise Product Partners adlı neft-qaz şirkətində pay aldılar. Ötən ildə Ducan-ın sərvəti 6,3 milyard dollar səviyyəsində qiymətləndirilirdi, lakin neft qiymətləri və şirkətin səhmlərinin dəyərindəki azalma onu 4,8 milyard dollara düşürtdü. 

Nathan Blecharzhyk

Nathan Blecharzhyk

Yaş: 37

Sərvəti: 3,1 milyard dollar

Gəlir mənbəyi: Airbnb

2008-ci ildə Nathan Blecharzyk və yaşı 40-dan az olan daha iki milyarder (Joe Gebbia və Brian Chesky) Airbnb şirkətini qurdular. Covid-19 pandemiyasının başlaması səbəbindən şirkət ciddi itkilərə məruz qaldı – təqribən 2 milyard dollar. 2020-ci ilin may ayında Airbnb turizm sənayesindəki böhran səbəbindən işçi heyətinin dörddə birini ixtisar etsə də, avqust ayında IPO üçün müraciət göndərdi. 

Ernest Garcia III

Ernest Garcia III

Yaş: 38

Sərvəti: 4,2 milyard dollar

Gəlir mənbəyi: ikinci əl avtomobillərin satışı

Ernest Garcia III atasının ölümündən sonra ikinci əl avtomobillərinin satışı platformasını yaratdı. Covid-19 pandemiyası dövründə çoxları onlayn alışa üstünlük verməyə başladığı üçün, Carnava ABŞ-ın ən böyük platformaları arasında dördüncü oldu. 

Trevor Milton

Trevor Milton

Yaş: 38

Sərvəti: 3,3 milyard dollar

Gəlir mənbəyi: Nikola Motor

Trevor Milton – Forbes 400 reytinqinin ən gənc iştirakçısıdır. 2020-ci ilin avqust ayının sonlarında o, Twitter-də Nikola Motor şirkətinin ilk 50 əməkdaşına 6 milyon səhm hədiyyə edəcəyini yazdı. 

Lindsey Snynder

Lindsey Snynder

Yaş: 38

Sərvəti: 3 milyard dollar

Gəlir mənbəyi: In-N-Out Burger şəbəkəsi

Lindsey Snyder In-N-Out Burger şəbəkəsini nənə və babasından miras aldı. 2017-ci ildə o, mirasının son hissəsini alaraq 35 yaşında milyarderə çevrildi. In-N-Out Burger şəbəkəsinin qurucularının sözlərinə görə, sürücülər üçün xüsusi xidmət pəncərəsini ilk dəfə məhz onlar yaradıblar. Covid-19 pandemiyası dövründə restoranlar şəbəkəsi tək buna görə bağlanmadı. İqtisadi çöküşə baxmayaraq, şirkət 2020-ci ildə daha üç şəbəkə açmağı planlaşdırır. 

Brian Chesky

Brian Chesky

Yaş: 39

Sərvəti: 3,1 milyard dollar

Gəlir mənbəyi: Airbnb

Brian Chesky və Joe Gebbia –  Airbnb şirkətinin baş direktoru və məhsul direktorudurlar. 2020-ci ilin aprelində şirkət rəhbərliyi pandemiya şəraitində “sağ qalmaq” üçün investorlardan 2 milyard dollar borc vəsait aldı. 

Joe Gebbia

Joe Gebbia

Yaş: 39

Sərvəti: 3,1 milyard dollar

Gəlir mənbəyi: Airbnb

Avqust ayında şirkət Covid-19 pandemiyasının yayılmasının qarşısını almaq üçün dünya miqyasında mənzil icarəsi zamanı qonaq sayını maksimum dərəcədə azaltdı. 

 

Son xəbərlər
Digər xəbərlər