1. Əgər mən gəlirli karyera seçsəydim, mən zəngin olardım
Gerçəklik: Hər bir peşə sahəsində milyonçular vardır. İstənilən bir sektorda pul qazanmaq mümkündür. Gəlirli karyera axtarmaq lazım deyil, karyeranı gəlirli edən məhz siz olmalısınız.
2. Əgər mənim valideynlərim zəngin olsaydı, mən də zəngin olardım.
Gerçəklik: Ən varlı insanların əksəriyyəti məhz yoxsul ailələrin yetirmələri, bəziləri isə orta təminatlıdır. Hətta varlı ailələrdən olan övladların çoxu da öz var-dövlətini özü qazanmalı olur və qazanmalıdır.
3. Əgər mən yaxşı oxusaydım, çox pul qazanardım
Gerçəklik: Sizin praktikada yaxşı öyrənməyiniz lazımdır, məruzə zallarında əzbərçilik gərək deyil. Statistikaya əsasən əksər əlaçılar zəngin deyillər.
4. Əgər mən lazmı anda, lazmı yerdə ola bilsəydim, varlı və uğurlu olardım.
Gerçəklik: çox varlı insanların əksəriyyəti heç də bəxtəvər və şansı gətirən insan olmayıb, onlar çox şeyi qazanmaq üçün uzun müddət ərzində gözləməli olub və uğura nail olmaq üçün hər şey ediblər. Uğur qazanmaq üçün imkanları gözləmək lazım deyil, fürsətləri yaratmaq lazımdır.
5. Əgər mən başqa ölkədə yaşasaydım (ya mənim ölkəmin iqtisadiyyatı daha yaxşı olsaydı) mən də zəngin olardım.
Gerçəklik: İstənilən cəmiyyətdə və istənilən ölkədə milyonçular vardır. Pul hər yerdə var.
6. Əgər mənim ailəm və ya hər hansı bir sosial məsuliyyətim olmasaydı, mən zəngin olardım.
Gerçəklik: Məsələ məsuliyyətdə deyil, sizin ona necə yanaşmağınızdadır. Siz pullarla ehtiyatlı davranmalı və yalnız ən zəruri şeyləri almalısınız.
7. Əgər böyük pullar qazanmaq imkanı hələ də mövcud olsaydı (ya indiki zamanda da əvvəllər olduğu kimi varlanmaq şansları olsaydı) mən də inanılmaz dərəcədə, nağıllardakı kimi zəngin olardım.
Gerçəklik: bu gün iri pullar qazanmaq imkanı hətta əvvəllər olduğundan da daha genişdir.
8. Əgər dövlət (və ya mənim müdirim, mənim ailəm və ya uşaqlarım) mənə güzəştə gedə bilsəydi, mən çoxlu-çoxlu pul qazanardım.
Gerçəklik: Sizin başınıza çox iş gələ bilər: Sizi işdən çıxarda, dostlarınız sizi tərk edə, uşaqlarınız sidən imtina edə, xanımınız isə boşana bilər. Öz uğurunuza görə yalnız siz cavabdehlik daşıyırsınız.
9. Əgər mənim böyük miqdarda pulum olsaydı, mən dərhal pulu yatırım etməyə başlar və qənaət edərdim.
Gerçəklik: Okean xırda su damlalarından ibarətdir. Əgər birdən birə iri pullar qazanmaq istəsəniz, onda o pullardan gözünüzü çəkin, iri pullar sizlik deyil. Yatırım etmək üçün ən yaxşı vaxt elə indidir. Dərhal qənaət etməyə başlayın.
10. Əgər çox işləsəm zəngin olaram.
Gerçəklik: Dünyada o qədər kasıb insan var ki, səhərdən axşamacan işləyir və həyatları heç də yağ-bal içində keçmir. Varlı insanlar ağır işləmir, çox işləmir, onlar sadəcə ağılla işləyirlər.
11. Pul qazanmaq üçün çoxlu pula sahib olmaq lazımdır.
Gerçəklik: pullar yalnız ondan ötrü lazımdır ki, fürsətlərdən yapışmaq imkanın olsun
12. Yaxşı iş insanları zənginliyə aparır
Yaxşı iş insanları zənginliyə aparır.
Gerçəklik : İş müvəqqəti gəlir mənbəyidir
Daimi iş yeri isə tələb edir ki, sizin pullarınız sizə işləsin. Ona görə də nə ilə məşğul olsanız da, öz pullarınızla ağıllı sərəncam verin. Onlar hər nası biş işə yatırım etməyi unutmayın.