Bir vaxtlar zənginlərin və məşhurların yaşam tərzi ilə bərabər hala gələn özəl təyyarə “Learjet”in istehsalı dayandırılır. İstehsalın dayanmasına verilən qərarın səbəbi isə daha böyük təyyarələrin istehsalıdır.
Kanadada mənzillənən “Bombardier” şirkəti 1960-cı ildən etibarən “zənginliyin simvolu” olan ikonik “Learjet”in istehsalına son verəcəyini açıqlayıb. Şirkət alıcılarına daha böyük, daha komfortlu və daha uzun mənzilli modellərə keçəcəyindən bu qərarı qəbul etdiklərini deyir.
Qeyd edilir ki, “Learjet”in istehsalının dayandırılması və şirkətin mənfəətli çalışması üçün təyyarə istehsalı sektorunda 1 600 nəfər işçinin ixtisarı ilə nəticələnə bilər.








