12 C
Baku
Wednesday, December 11, 2024

Zərər içində olan “Şahdağ” Turizm Mərkəzi üçün müsbət göstərici açıqlandı

Bayram günlərində “Şahdağ” Turizm Mərkəzi 16 mindən çox turist qəbul edib.

Qurumun mətbuat xidmətindən “Banker.az”a verilən məlumata görə, beş istirahət günü ərzində mərkəzə turist axını müşahidə olunub: “Artıq altıncı mövsümdür ki, “Şahdağ” Turizm Mərkəzində Yeni il tətilini tam fərqli qarşılamaq istəyənlər üçün xüsusi bayram şənlikləri təşkil olunur. Şahdağa üz tutan turistlərin sayı ilbəil artır. Bu il istirahətə gələn turistlərin 40%-dən çoxu məhz xizək sürmək üçün müraciət ediblər”.

Mətbuat xidmətindən əlavə olunub ki, istirahət günlərində mərkəz gücləndirilmiş iş rejimində çalışıb.

Xatırladaq ki, “Şahdağ” Turizm Mərkəzi QSC-nin zərərin ödənilməsi üçün büdcədən 17 991 400 manat vəsait ayrılıb. Mərkəz üzrə 2016-cı ilin 31 dekabr tarixinə təqdim olunan məlumatlara əsasən, satışın maya dəyərinin tərkibində ən yüksək çəkiyə əməyin ödənişi üzrə xərclər (37,7%) və amortizasiya ayırmaları (30,7%) təşkil edib. Qeyd olunub ki, əmək haqqı və sosial sığorta ayırmaları üzrə xərclər satışın maya dəyərində yüksək xüsusi çəkiyə malik olmaqla yanaşı, əsas fəaliyyət üzrə gəlirlərdən 1003,0 min manat (35,9%) çox olub.

Son xəbərlər
Digər xəbərlər