13 C
Baku
Sunday, November 9, 2025

Zərərə işləyən bankların sayı açıqlandı

1 Fevral 2015-ci il tarixində Azərbaycanda 5 bank zərərlə 40 bank isə mənfəətlə işləyib.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, hazırda banklar tərəfindən əldə edilmiş yekun mənfəət 66,90 mln manatdır. Bu isə ötən ay ilə müqayisədə mənfəətin 303.64 mln manat və yaxud 80%-dən çox azalma deməkdir.

Bank sisteminin mənfəətlə işləyən banklar üzrə cəmi mənfəəti 304.39 mln manat azalaraq 70,94 mln manat, zərərlə işləyən banklar üzrə bank sisteminin cəmi zərəri isə 4,037 mln manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər