11 C
Baku
Tuesday, November 19, 2024

Zərər dəyən əkin sahələrinə 4 mln. manat ödəniş təsdiqlənib

Zərər dəyən əkin sahələrinə 4 milyon manat ödəniş təsdiqlənib.

Bu sözləri Aqrar Sığorta Fondunun(ASF) sədr müavini Firdovsi Ağaşirov deyib.

O bildirib ki, cari ildə havaların dəyişkən keçməsi ilə əlaqədar zərərlər artıb:

“2023-cü ildə iqlim dəyişikliyinin təsiri nəticəsində əlavə ödənişlər olacaq. Bu istiqamətdə xeyli ödənişlərin həyata keçirilməsi nəzərdə tutulur. Artıq bu çərçivədə təxminən 4 milyondan artıq təsdiqlənmiş ödənişlər mövcuddur. Fermerlər bu ödənişlərlə öz fəaliyyətlərini davam etdirəcək. Hər bir fermer yekunda məhsuldan xeyir götürmək istəyirdi. Havaların qeyri sabit keçməsi nəticəsində, fermer gözlədiyi gəlirdən məhrum oldu. Amma sığortalı fermerlər ödənişlərini aldılar və ziyana düşmədilər”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər