-1 C
Baku
Sunday, December 15, 2024

Zərəri 8 dəfə azaldı – Hesabat

“Azərenerji” ASC-nin aktivləri illik müqayisədə 0,9% artaraq 2017-ci il yanvarın 1-nə 4 297 857 min manata çatıb. Hesabata istinadən, bu müddətdə Cəmiyyətin nizamnamə kapitalı dəyişməyərək 1 760 495 min manat təşkil edib.

“Azərenerji” 2016-cı ili 108 928 min manat zərərlə başa vurub və şirkətin zərəri əvvəlki illə müqayisədə 8 dəfə azalıb.

Hesabat ilində Cəmiyyətin gəlirləri 810 161 min manat təşkil edib. Bu da öz növbəsində 2015-ci ilin yekunu ilə müqayisədə 76 399 min manat yaxud 10,4% çoxdur.

“Azərenerji”nin cəmi öhdəlikləri 644 026 min manat yaxud 18,4% azalaraq 2 856 331 min manat olub.

Xatırladaq ki, “Azərenerji”nin maliyyə hesabatının auditini “Deloitte Azerbaijan” şirkəti aparıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər