Cari ilin birinci yarısında dünyada təbii fəlakətlərdən sığortalanmış zərərin həcmi 42 milyard dollara yüksəlib.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasından məlumat verilib.
Bu da 2011-ci ilin analoji dövrü ilə müqayisədə 41 milyard dollar çoxdur. Məlumata görə, 2021-ci ilin ilk yarısında sığortalı zərəri təkcə 1 milyard dollar olan 10 ayrı hadisə baş verib.
Bu ilin birinci yarısında təbii fəlakətlərin dünya iqtisadiyyatına vurduğu ziyan isə 93 milyard dollar olub.







