9 C
Baku
Monday, November 18, 2024

Zərərlə işləyən “Günay Sığorta”nın səhmdarları yığışır

29 may 2023-cü il saat 11.00-da “Günay Sığorta” ASC səhmdarla­rının növbəti illik ümumi yığınca­ğı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 75C nömrəli ünvanda keçiriləcəkdir.

Banker.az xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:

1. “Günay Sığorta” ASC-nin investisiya qiymətli kağızlarının emi­tenti kimi 2022-ci il üzrə illik hesa­batının təsdiq edilməsi.

2. “Günay Sığorta” ASC-nin 2022-ci il üzrə maliyyə hesabatları­nın (kənar auditor tərəfindən təsdiq edilmiş maliyyə hesabatları və kənar auditorun rəyini əks etdirən müvafiq sənədlər əlavə edilməklə) təsdiq olunması.

Qeyd edək ki, sığorta şirkəti ardıcıl olaraq 2022-ci ildə də 1.23 mln. manat zərər edib. 2021-ci ili də 1.25 mln. manatlıq zərərlə bağlamışdır.

Xatırladaq ki, “Günay Sığorta” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10,1 milyon manatdır. Şirkətin səhmdarları Yeganə Şirinova (“Günay Bank”ın 41,15 %-lik səhmdarı), Mahmud Məmmədov (“Günay Bank”ın 58,22 %-lik səhmdarı və Müşahidə Şurasının sədri) və “Günay Bank”dır.

Son xəbərlər
Digər xəbərlər