9 C
Baku
Friday, December 13, 2024

Zərərli görünən, lakin fayda qazandıran maliyyə vərdişləri

Kreditlər, ailədə hesabın bölünməsi və qəti təşkil edilmiş büdcə planlaşdırılmasının olmaması düşünüldüyü qədər də faciəvi nəticələrə malik deyil.

Bəs zərərli olaraq qəbul etdiyimiz, lakin bir çox hallarda fayda qazandıra biləcək maliyyə vərdişlərimiz hansılardır:

İlk olaraq kiçik borcları ödəmək:

Daha çox borc yığılmasın deyə faiz dərəcəsi ən yüksək olan krediti ilk növbədə ödəmək daha sərfəli təsir bağışlayır. Lakin Harvard universitetinin tədqiqatçılarının həyata keçirdikləri bir sıra eksperimentlərdən sonra gəldikləri nəticəyə görə, kiçik borcların mütəmadi olaraq yoxa çıxdığını görmək motivasiyamızı yüksəldir. İlk olaraq onları ödəməklə öz inkişafımızın fərqinə varırıq və digər qalan borcları da tezliklə ödəməyə çalışırıq.

Ailə daxilində hesabları ayırmaq:

Bir çox hallarda ailə ayrı-ayrı hesablara malik olmaq daha məqsədəuyğun addımdır: məsələn, partnyorlardan biri pullarla davranmağı bacarmadıqda və yaxud hər iki tərəfin əvvəlki nigahdan uşaqlara sahib olduqda.

Kredit götürmək:

Əgər kredit iki maliyyə məqsədindən birinə çatmaqda kömək edirsə onu əldə etməkdə heç bir pis şey yoxdur. Bunlar təhsil almaq və yaxud mənzil sahibi olmaqdır. Qeyd edilən bu hər iki variant özlüyündə bir yatırımdır.

Xərcləri planlaşdırmamaq:

Büdcənin planlaşdırılması dieta və yaxud idmanla məşğul olmağa bənzərdir: əgər məmnunluq qazandırmırsa, uzun müddət buna aludə ola bilməyəcəksiniz. Əgər xərclərinizi dəqiq şəkildə planlaşdırmaq heç də ürəyinizcə deyilsə, sadəcə xərclərinizi izləməyə başlayın.

Bundan əlavə, “ilk öncə özünə ödəniş et” prinsipi üzrə hərəkət etməyə başla. İlk növbədə hər əmək haqqıdan əmanət hesabınız, investisiya və baş verə biləcək gözlənilməz hadisələr üçün pul ayırın.

Bazardan başı çıxmadığı halda yatırım etmək:

Perspektiv olaraq investisiyadan gəlir əldə etmək üçün səhm seçimi və yaxud milyon qazanılması üzrə dahi olmağa ehtiyac yoxdur. Vanguard Group, nəhəng investisiya şirkətinin təsisçisi John C. Bogle adi bir insanın indeks fondlara yatırım etməsi daha məqsədəuyğundur. Bunlara bir çox müəssisələrin səhmləri daxildir ki, bu da riskləri azaldır və eyni zamanda, böyük miqdarda yatırım tələb etmir.

Son xəbərlər
Digər xəbərlər