14 C
Baku
Sunday, November 24, 2024

Zərərli və ağır işlərdə çalışanların pensiya kapitalı tələbi aşağı endirilir

“Azərbaycanda yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləyənlərin pensiya kapitalı tələbi aşağı endirilir”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanunun I oxunuşda müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, pensiyaya çıxma şərtləri yumuşaldılır: “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun təsbit edildiyi 9.1-ci maddədə pensiya kapitalı və 25 il sığorta stajı tələbinin biri ləğv edilir, pensiya kapitalı tələbi 34 560 manata endirilir (hazırda bu rəqəm kişilər üçün 48 960 manat, qadınlar üçün 63 360 manatdır) gözlənilən ödəniş aylarının sayı 144-ə endirilir, (hazırda bu rəqəm kişilər üçün 204 ay, qadınlar üçün 264 ay təşkil edir), nəticədə pensiya məbləği artırılır, 2 şərt (ümumi staj və ya kapital və xüsusi iş stajı) qarşılığında 5 il erkən pensiya hüququ verilir.

9.1, 9.2 və 9.3-cü maddələrə edilən təklifə əsasən kişilərlə qadınların pensiya yaş həddi eyniləşdirilir ki, bu da Qanunun fəlsəfəsindən və təməl prinsiplərindən qaynaqlanır.

Son xəbərlər
Digər xəbərlər