7 C
Baku
Saturday, December 28, 2024

Zərgərlik əşyası müqabilində necə borc pul götürmək olar?

Zərgərlik əşyaları müqabilində borcun götürülməsi nağd pulların əldə olunmasının qısa yoludur.

Tez bir zamanda pul əldə etmək imkanları məhdud ola bilər. Həmişə kredit kartlarından istifadə etmək və ya bankdan borc almaq mümkün olmur. Dostlar və ailəniz isə maliyyə çətinlikləri zamanında sizə kömək etməyə də bilərlər. Ona görə də, bəzi insanlar qısa və uzunmüddətli maliyyə boşluqlarını aradan qaldırmaq üçün gündəlik ödənilən borclara üz tuturlar.

Əgər sizin zərgərlik əşyanız varsa, onda onun məcmu dəyəri müqabilində borcun alınması lazım olan pul vəsaitinin formalaşdırılmasının sürətli üsuludur. Əksər borc növlərindən fərqli olaraq, zərgərlik əşyası müqabilində borcun götürülməsi əsas etibarilə kredit reytinqlərinə təsir göstərmir.

Təlimatlar

1. Hansı zərgərlik əşyasını yeni borc almaq üçün istifadə etmək istədiyinizi dəqiqləşdirin. Zərgərlik əşyasının maddi dəyərini, onun sizin üçün nə qədər dəyər kəsb etməsini (bu çox həssas amildir) və gələcəkdə onun sahiblik hüququ ilə bağlı hər hansı bir razılaşmanın olub-olmamasına diqqət yetirin.

2. Zərgərlik əşyasının qiymətini müəyyənləşdirin. Xatırlayın ki, sizə ödəniləcək məbləğ onun qiymətinin çox az bir faizini əhatə edəcək və siz buna hazır olmalısınız. Əgər lazım olarsa, professional qiymət qoyanın xidmətinə müraciət edin. Bir sıra qiymətləndirmə xidmətləri pulsuz olaraq həyata keçirilir, lakin əşya xüsusən yüksək dəyərə malikdirsə, onda onun qiymətləndirilməsini sizin bölgədə ən yaxşı nüfuza malik, ödənişli xidmətlər təklif edən qiymətləndirmə müəssisəsinə həvalə edin.

3. Ən yaxşı seçim. Əgər sizin yaşadığınız rayonda birdən çox lombard krediti təklif edən kredit təşkilatları mövcuddursa, onda sizə daha uyğun kredit şərtləri təklif edən və özünüzü daha rahat hiss etməyə imkan verən mağazanı müəyyən etmək üçün bir neçəsini nəzərdən keçirin. Bir çox borclarda əlavə dəyərə faiz və müxtəlif ödənişlər daxildir. Azərbaycanda isə lombard üzrə faiz dərəcələri bank və lombard tipli kredit təşkilatlarında bir-birindən fərqlənir.

Lombard mağazasını seçin və tələb olunan sənədləri doldurun. Hər bir sənədin, eyniliklə ödəniş çeklərinin və qəbzlərin sürətlərini təhlükəsiz yerdə saxlayın.

Qiymətli əşyalarınızı kredit müqaviləsində göstərilmiş vaxtda pulunu ödəmək şərti ilə geri götürə bilərsiniz. Əksər müqavilələr bir-iki aylıq müddəti əhatə edir. Əgər siz müəyyən edilmiş vaxtda pulunuz olmasına baxmayaraq, lombardı ödəməkdə gecikirsinizsə, onda lombard mağazasına müraciət edərək vəziyyəti izah edin.

Son xəbərlər
Digər xəbərlər