3 C
Baku
Saturday, December 14, 2024

Zərif: “İran prezidentliyinə namizədliyimi irəli sürməyəcəyəm”

“Daha əvvəl də demişəm, indi təkrarlayıram. Növbəti prezident seçkilərində namizədliyimi irəli sürməyəcəyəm”.

Bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bu gün İranda “jurnalistlər” günü münasibətilə keçirilən mətbuat konfransında deyib.

“istəyirsinizsə, Qeydiyyat İdarəsinə gedək və mən sənəd imzalayım ki, bunu etməyəcəyəm. 2021-ci il üçün narahat olmayın. Həmin il keçiriləcək seçkilərə görə narahat olub, mənim işimə əngəl yaratmayın. Mən sizin hamınızın xidmətçisiyəm. 2021-ci ildə mən ya universitetdə müəllimlik edəcəyəm, ya da evdə olacağam”, – nazir bildirib.

Qeyd edək ki, 2021-ci ildə İranda növbəti prezident seçkiləri keçiriləcək. Cavad Zərifin namizədliyini irəli sürəcəyi barədə xəbərlər yayılıb.

©APA

Son xəbərlər
Digər xəbərlər