8 C
Baku
Monday, November 18, 2024

“Zəyəm Texnologiyalar Parkı” ötən il ₼1.7 milyon zərər edib

“Zəyəm Texnologiyalar Parkı” ASC 2023-cü ili 1 milyon 726 min manat xalis zərər ilə başa vurub. Şirkət 2022-ci ildə 1 milyon 915 min manat zərər etmişdir ki, bu da illik müqayisədə zərərin 10% azalması deməkdir.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Zəyəm Texnologiyalar Parkı”nın əsas əməliyyat gəlirləri 7 milyon 941 min manat (əvvəlki ilə nisbətən 47% çox), satışın maya dəyəri 7 milyon 95 min manat (49% çox), sair əməliyyat gəlirləri 58 350 manat (30% az) təşkil edib.

Hesabat dövründə ASC-nin cəmi aktivləri 23 milyon 98 min manatdan 22 milyon 874 min manata, cəmi kapitalı isə 9 milyon 922 min manatdan 8 milyon 196 min manata düşüb, cəmi öhdəlikləri 13 milyon 176 min manatdan 14 milyon 678 min manata çatıb.

Son xəbərlər
Digər xəbərlər