10 C
Baku
Friday, December 27, 2024

“Zəyəm Texnologiyalar Parkı” yarım ildə ₼509 min zərər edib

“Zəyəm Texnologiyalar Parkı” Açıq Səhmdar Cəmiyyəti 2024-cü ilin 1-ci yarımilliyini 509 min manat zərərlə başa vurub. Ötən il ASC-nin zərəri 1 milyon 12 min manat olub ki, bu da illik müqayisədə zərərin 50% azalması deməkdir.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

2024-cü ilin yanvar-iyun aylarında “Zəyəm Texnologiyalar Parkı”nın satışlardan gəliri 4 milyon 974 min manat, 2023-cü ilin 6 ayında isə 4 milyon 367 min manat olub.

Şirkətin cəmi aktivləri 21 milyon 261 min manatdan 21 milyon 569 min manata yüksəlib.

 “Zəyəm Texnologiyalar Parkı” ASC “Azmade Group” şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. 30.06.2024-cü il tarixində faktiki işçi sayı 198 nəfər olub.

Son xəbərlər
Digər xəbərlər