30 C
Baku
Tuesday, August 12, 2025

“Zəyəm Texnologiyalar Parkı” zərərdən mənfəətə keçdi

“Zəyəm Texnologiyalar Parkı” Açıq Səhmdar Cəmiyyəti 2025-ci ilin 1-ci yarımilliyini 156 min manat mənfəətlə başa vurub. Halbuki, ötən il ASC 509 min manat zərər etmişdir.

Banker.az bu barədə şirkətin yarımillik hesabatına istinadən xəbər verir.

Bu ilin yanvar-iyun aylarında “Zəyəm Texnologiyalar Parkı”nın əsas əməliyyat gəliri 9 milyon 561 min manat, satışın maya dəyəri isə 7 milyon 875 min manat təşkil edib.

Şirkətin cəmi aktivləri 21 milyon 569 min manatdan 21 milyon 347 min manata düşüb.

 “Zəyəm Texnologiyalar Parkı” ASC “Azmade Group” şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. 30.06.2025-ci il tarixində faktiki işçi sayı 209 əfər olub.

Son xəbərlər
Digər xəbərlər