12 C
Baku
Saturday, November 23, 2024

“Zəyəm Texnologiyalar Parkının” ₼18 milyonluq səhmlərinə 69 investor maraq göstərdi

Bakı Fond Birjasında Zəyəm Texnologiyalar Parkının (ZTP) səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Banker.az xəbər verir ki, 4-5 noyabr 2021-ci il tarixlərində Bakı Fond Birjasında Zəyəm Texnologiyalar Parkının (ZTP) AZ1001003453 dövlət qeydiyyat nömrəli, 18,000,000.00 manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üzrə yerləşdirilməsi yekunlaşmışdır.

Abunə yazılışı zamanı anderrayterə  69 investor tərəfindən 71 sifariş təqdim edilmişdir.

Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 18,514,204.00 manat təşkil etmişdir. Səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi isə 18,000,000.00 manat təşkil etmişdir.

Yerləşdirmə üzrə baş anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC -dir.

Son xəbərlər
Digər xəbərlər