“Zəyəm Texnologiyalar Parkı” Açıq Səhmdar Cəmiyyətinin direktoru dəyişib.
Banker.az xəbər verir ki, ZTP-nin direktoru Vüqar Sadıqzadə Əyyub oğlu vəzifəsindən ayrılıb, onu bu vəzifədə Elnur İbrahimov İldırım oğlu əvəz edib.
“Zəyəm Texnologiyalar Parkı” ASC “Azmade Group” şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkətin 18 305 246 manat nizamnamə kapitalı var. 30.06.2024-cü il tarixində faktiki işçi sayı 198 nəfər olub.