11 C
Baku
Wednesday, November 12, 2025

“Zabrat Maşınqayırma Zavodu” kapitalından 1.8 milyon manat geri götürür

“Azneftkimyamaş” ASC-nin tabeliyində olan “Zabrat Maşınqayırma Zavodu” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı azaldılır.

Banker.az xəbər verir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 11 oktyabr 2025-ci il tarixli, 179 nömrəli sərəncamı ilə “Zabrat maşınqayırma zavodu” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı 1 775 139 manat azaldılaraq dəqiqləşdirilmiş nizamnamə kapitalı 5 325 417 manat həcmində müəyyən edilib.

ASC-nin nizamnamə kapitalı buna qədər 7 100 556 AZN təşkil edib.

Xatırladaq ki, zavod 2004-cü ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Faiq Əliyevdir.

Son xəbərlər
Digər xəbərlər